Murad Arif efirlərin zövqsüzlük tarixçəsindən danışdı
Müğənni və bəstəkar Murad Arif son müsahibələrinin birində "Niyə bayağılığa meylliyik?" sualına cavab verib.
BAKU.WS xəbər verir ki, sənətçi efirlərin zövqsüzlük tarixçəsindən danışıb:
"Sovet senzurası, sovet dövrünün musiqi siyasəti üzərimizdən götürüldükdən sonra özümüzə qayıtdıq. Avtobuslarda, vağzallarda, bazarlarda səslənən ifaçılar və nəğmələr efirlərin ulduzuna çevrildilər... Kütləvi şəkildə onlara maraq çoxaldı. Məlum oldu ki, "Biz buyuq!"
Bu zövqsüzlüyə 90-larda başladıldı! Ödənişli efirlər ilk olaraq Aztv-də yarandı, ardınca Sara TV, ANS TV və 2000-lərdə musiqi özbaşınalığın, zövqsüzlüyün pikini ATV göstərməyə başladı. Bütün günü ödənişli müğənnilər, mahnılar.. Efirlərin musiqi-əyləncəli verilişlər siyasəti, redaktor qayçısıyla deyil, xalqın seçiminə buraxıldı. "İnsanlar buna baxır, reytinqi bunlar verir" cümlələri deyildi efirlərdən...
Bu gün nəyisə dəyişmək mümkünsüz görünür, çünki camaat TikToka baxır! Efirlər də özünü TikTok səviyəsinə salıb".
Ətraflı videoda:
Oxşar xəbərlər
Məşhur aktyora ağır itki üz verdi
Məşhur aktyor Kıvanç Kasabalıya ağır itki üz verib. BAKU.WS xəbər verir ki, onun atası Niyazi Kasabalı dünyasını dəyişib. O özü bu xəbəri sosial media hesabı...