MTRŞ Şəbnəm Tapdığa cavab verdi

MTRŞ Şəbnəm Tapdığa cavab verdi
Şou-biznes 1524
Milli Televiziya və Radio Şurası (MTRŞ) Əməkdar artist Şəbnəm Tapdığın Nuşirəvan Məhərrəmliyə müraciəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.BAKU.WS-in məlumatına görə, MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında deyib ki, Ş.Tapdığın qaldırdığı bu iddia, həqiqətən, əsassızdır: “Niyə əsassızdır? O, adının patentləşdirilməsi ilə bağlı iddia qaldırırdı. Amma biz araşdırdıq və məlum oldu ki, onun adı yox, atasının əsəri patentləşdirilməlidir. Həmin əsərdə də Şəbnəm adı qeyd olunub. Bu, o demək deyil ki, onun adı da patentləşdirilib. Sadəcə olaraq, əsər patentləşdirilib. Burada hər hansı bir qadağadan da söhbət gedə bilməz, hamısı yalan məlumatlardır”.Qeyd edək ki, Ş.Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etiraz olaraq MTRŞ sədrinə ərizə ünvanlayıb. O, eyniadlı ifaçılardan televiziya və radiolarda özlərini səhnə təxəllüsü ilə reklam etməyi istəyib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

MTRŞ sədri "Planet Parni iz Baku"ya qoyulan QADAĞAdan danışdı

MTRŞ sədri "Planet Parni iz Baku"ya qoyulan QADAĞAdan danışdı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Tahir İmanov və "Planet Parni iz Baku" KVN Teatrına özəl televiziyalarda qadağa qoyulması...

5284 Sosial 17:38 06 mart 2019

Son xəbərlər