Moskva Dövlət Universiteti: "İlhamə Quliyeva adlı tələbəmiz yoxdur"

Moskva Dövlət Universiteti: İlhamə Quliyeva adlı tələbəmiz yoxdur
Şou-biznes 1719

 

Bir qədər əvvəl xalq artisti İlhamə Quliyeva "10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi: "Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında təhsilimi davam etdirirəm. Atam da zamanında prokuror olub. Mənim genimdə var. Nə istəyirəmsə, o işləri görürəm”.

BAKU.WS məlumat verir ki, Lent.az saytı xalq artistinin MDU-dakı təhsiliylə maraqlanmaq üçün ali məktəbin mətbuat xidmətiylə əlaqə saxlayıb. Mətbuat xidmətindən sorğunu cavablandırmaq üçün İlhamə xanımın oxuduğu Hüquq fakültəsiylə əlaqə saxlamağı məsləhət görüb.

Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova isə bildirib ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur:

"Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə yoxdur”.

 BAKU.WS

Oxşar xəbərlər

İlhamə Quliyeva Moskvada hüquq təhsili alır (VİDEO)

İlhamə Quliyeva Moskvada hüquq təhsili alır (VİDEO)

Xalq artisti İlhamə Quliyeva son açıqlaması ilə yenidən Azərbaycan mətbuatının gündəminə düşüb. BAKU.WS-in məlumatına görə, xalq artisti "10-LAR” verilişində...

1415 Şou-biznes 09:36 28 sentyabr 2015

Son xəbərlər