"Mənsumla tam "Leyli-Məcnun" olmuşduq" - Xalq artisti (VİDEO)

Mənsumla tam Leyli-Məcnun olmuşduq - Xalq artisti  (VİDEO)
Video
Şou-biznes 1081

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan xalq artisti Gülyaz Məmmədova maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, o, ailəsinə borclu olduğunu bildirib: 

"Ömrüm boyu ailəmə, qardaşıma minnətdaram. Qardaşım bizə qarmonla not öyrədirdi. Ailəm mənə dəstək olub. Öncə ailəm, sonra ustadlarıma təşəkkür edirəm. Ailəm cığır açmasaydı, bu gün biz bu zirvədə olmazdıq. Çünki kənddə hər bir qızın bəxti ailə qurmağa gedir. O vaxt oxuyanalara yaxşı baxmırdılar. İndi isə hamı oxuyan qız almaq istəyir".

Xalq artisti daha sonra operaya gəlişindən bəhs edib: 

"Ustadım olan Nəriman müəllim həmişə deyib ki, sən operaya getməlisən, "Leyli" olmalısan. Sonra da deyirdi ki, səni yerimdə müəllim saxlayacağam. 3-cü kursda olanda gəlib məni dəvət elədilər. Məni hazırlayıb teatra göndərmək istəyirdilər. Gülxar Həsənova və Əlikram müəllim 1 ay məni hazırlaşdırdı. Məni çox bəyəndilər. Məni götürmək istədilər, amma 3-cü kursda idim deyə gedə bilmədim. Lakin məktəbi bitirəndən sonra qəbul oldum və mənə "Leyli" rolunu həvalə etdilər. Mənsum İbrahimovun ilk "Leyli"si oldum, o da mənim ilk "Məcnun"um. O vaxt nazirimiz Polad Bülbüloğlu idi. Məni görüb demişdi ki, gəlib sənin "Leyli"nə baxacam. Mənə əvvəl kiçik rol vermək istəyirdilər, amma nazirimizin sözündən sonra "Leyli"ni verdilər. Çox gözəl alındı. Mənsumla tam "Leyli-Məcnun" olmuşduq. Amma real həyatda isə bacı-qardaş idik".

BAKU.WS

Son xəbərlər