Milyarderlə evliliyi cəmi dörd gün davam edən aktrisa haqqında bilinməyənlər

Milyarderlə evliliyi cəmi dörd gün davam edən aktrisa haqqında bilinməyənlər
Foto
Şou-biznes 396

Nigahına heç kim gəlmədi. İlk evliliyi 4 gün davam etdi.  Anası bu evlilikdən xəbər tutanda yataq xəstəsi oldu... Söhbət türkiyəli məşhur aktrisa Oya Aydoğandan gedir. Oya Aydoğanın da bir çox məşhurlar kimi şəxi həyatı ilə uzun illər müzakirələr yaradıb. 

BAKU.WS xəbər verir ki, aktrisanın türkiyəli milyarderlə olan ilk evliliyi cəmi dörd gün davam edib.

Onun baş rolunu Müslüm Gürsəslə birgə paylaşdığı "Üsyankar" filminin bir səhnəsi avtobus firması olan "Ulusoy"un ərazisində çəkilib.

"Ulusoy Holdinq"in rəhbərlərindən biri olan Haluk Ulusoy da çəkiliş zamanı orada olub. O, Oya Aydoğana vurulub. Hakan başqa bir aktrisa Suzan Avcı vasitəsilə Oya ilə tanış olub. Daha sonra Haluk Ulusoy ona evlilik təklifi edib.

Lakin aktrisanın anası Güldanə bu evliliyə qarşı olub. Bu səbəbdən cütlük tanış olduqdan bir ay sonra gizli evlənib. 

Hakanın atası Saffet də bu evliliyə qarşı olub. Onlar Sarıyer nigah dairəsində ailə qurublar. Nigaha heç kim gəlməyib. Bu səbəbdən nigah şahidi qapıçı olub. 

Bu evlilikdən xəbər tutan aktrisanın anası iflic olub. O 'Bu evlilik bitəcək" deyərək Oyaya bildirib.

Aktrisa nigahdan 4 gün sonra boşanmaq üçün məhkəməyə müracit edib.

Üç ay sonra cütlük rəsmi olaraq boşanıb.

Bundan sonra Oya kazino sahibi olan Tamer Taylanla eşq yaşayıb.  Aktrisa 1988-ci ildə Oya Latif Demirbağla evlənib. Bir il sonra isə boşanıb. Cütlüyün bu evlilikdən Qurur adlı bir övladı olub. 

Aktrisa 51 filmdə və 13 televiziya serialında çəkilib. O 2016-cı ildə dünyasını dəyişib. 

Son xəbərlər