İmişlidə belində quyruğu və iki ürgəci olan buzov doğulub - FOTO
İmişli rayonunda qeyri-adi heyvan dünyaya gəlib.
BAKU.WS-in "Report”un Aran bürosuna istinadən verdiyi xəbərdə bildirilir ki, rayonun Kürdmahmudlu kənd sakini Hacı Hüseynovun təsərrüfatında belində quyruğu olan buzov doğulub. Bir neçə gün əvvəl doğulmuş heyvanın belindəki quyruğu təxminən 20 santimetr uzunluğundadır.
Bununla yanaşı, buzovun belində dəvədə olduğu kimi iki ürgəci də var.
Heyvanın belində quyruğunun və iki ürgəcinin olması onu görənlərin marağına səbəb olub.
Qeyd edək ki, bu, H.Hüseynovun təsərrüfatında qeydə alınan ikinci qeyri-adi hadisədir. Bir müddət əvvəl onun təsərrüfatında üçbuynuzlu keçi doğulmuşdu.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qeyri-adi ixtira – Fındıq qabığı ilə işləyən "kombi" sistemi (VİDEO)
ARB Şimal xəbər verir ki, Xaçmazın Əhmədoba kənd sakini Fəxrəddin Bahadurov evini qızdırmaq üçün kustar üsulla istilik sistemi hazırlayıb. Onun ərsəyə gətirdiyi...