Məşhurdan İDDİA: Xoşqədəm Hidayətqızı məni intihara sövq edir - VİDEO

Məşhurdan İDDİA: Xoşqədəm Hidayətqızı məni intihara sövq edir -  VİDEO
Video
Şou-biznes 8759
Tanınmış şairə Nazilə Səfərli jurnalist Xoşqədəm Hidayətqızının onu intihar həddinə çatdırdığını bəyan edib. BAKU.WS xəbər verir ki, qardaşı Məhəmməd Məmmədovun keçmiş həyat yoldaşı Pərvanə Əliyevanın Xoşqədəm tərəfindən öyrədilərək efirə çıxarıldığını iddia edən şairə təngə gəldiyini deyib. Nazilə "İnstagram"da canlı yayım açaraq jurnalistə həddini bilməyi tapşırıb və intihar edərsə, onun günahkar olacağını bildirib:"Xoşqədəm, yaxşı qadınsansa, get Pərvanəyə ağıl ver. Efirdə "Nazilə" deyə bağırma! Burada sənin üçün kar yoxdur. Axmaq da deyiləm. Həddini bil ki, həddimi bilim. Axərəncə dəfə deyirəm, vaxtım yoxdur məhkəmə qapılarında sürünüm. Məni zorla intihara sövq etmə! Canımdan bezdirmə. Mənim başıma hər hansı bir hadisə gələrsə, birbaşa məsuliyyətlisən. Kim etsə sən məsuliyyətlisən. Sən məndən sorumlusan! Başa düşdün? Mən sağlamlığıımı, həyatımı sənə borc verirəm.Hələ bir sənə sual verirəm, sən kimsən? Məni ittiham edəcək insan sən deyilsən. Qardaşım arvad alıb, arvad boşayıb, təzəsini alıb, mənə nə? Əl çək məndən"! Görüntüləri təqdim edirik:Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər