ATV-nin aparıcıları arasında canlı efirdə dava düşdü - VİDEO

ATV-nin aparıcıları arasında canlı efirdə dava düşdü - VİDEO
Video
Sosial 4569
“Maşın” realiti-şounun 16-cı sürətində gərginlik getdikcə artır. BAKU.WS-in məlumatına görə, dünən canlı yayımda ATV-nin aparıcılar İlhamə Bədəlova ilə Aytən Səfərova arasında dava düşüb. Belə ki, Aytən Səfərova həmkarı İlhamənin hədəf olaraq Hüseyn Əzizoğlunu seçməsinə irad bildirib və hədəfini dəyişməsini istəyib. Bir tərəfdən də, İlhamənin oyunçularla kobud rəftarına öz etirazını bildirib. Bu zaman həmkarlar arasında söz davası düşüb. “Aytən, hansı şərəf-ləyaqətdən danışırsınız? Burada efirdə çıxartdığınız oyunlardan, işlətdiyiniz sözlərdən sonra? Dedin ki, isti başda ağıl olmur. Mənim başımda ağıl var, sən heç narahat olma. Sən mənə heç nə deyə bilməzsən? Siz məndən nə istəyirsiniz?"- deyərək səsini ucaldıb. Bədəlovanın əsəbi halda verdiyi cavab Səfərovanı daha da qıcıqlandırıb və o, daha sərt danışıb: “İnsanların şəxsiyyətini təhqir etmək olmaz. Sən kraliçasan, Vişnunun arvadısan, kimsən? Olmaz insanlara demək ki, sən kimsən mənim qarşımda oturursan? Sənə kimsə bu sözü desə, dur, oturma, xoşuna gələr? Elə buna görə də hamının antipatiyasını qazandın. Mən şərəfsizəm, ləyaqətsizəm? Sənə istədiyimi deyə bilərəm, nazorsan kimsən? Bəsdir, İlhamə. Düş aşağı, hamı ilə eyni olmağa çalış”. Xatırladaq ki, dünən Hüseyn Əzizoğlu səs toplayaraq İlhamə Bədəlovanı oyundan uzaqlaşdırdı. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər