Məhəmməd Əlinin evində duyğulandıran hadisə (FOTO)

Məhəmməd Əlinin evində duyğulandıran hadisə  (FOTO)
Şou-biznes 2336

 

Məşhur boksçu Məhəmməd Əlinin cənazəsi Louisville şəhərinə özəl bir təyyarə ilə gətirilib. Əfsanəvi boksçunun evində isə qeyri-adi hdisə yaşanıb.  

Əlinin "kəpənək kimi uçaram, arı kimi sancaram" sözlərinin yazılı olduğu mədəniyyət mərkəzinin baxçasındakı bir ağaca təxminən 15 minə yaxın arı toplanıb. Arıların "kəpənək kimi uçaram, arı kimi sancaram" yazılı lövhənin yaxınlığında bir araya gəlməsi qəribə görüntülər ortaya çıxarıb. 

Qeyd edək ki, 74 yaşında vəfat edən boks əfsanəsi Məhəmməd Əli cümə günü torpağa tapşırılacaq. Cənazə mərasimi Əlinin doğulduğu yer olan Kentucky əyalətinin Lousville şəhərində keçiriləcək. Boksçunun ailəsi Məhəmməd Əliyə vəda etmək istəyən hər kəsin mərasimə dəvətli olduğunu bildirib. 

Cənazə mərasimində keçmiş ABŞ prezidenti Bill Clintonun, komediya ustası Billy Crystalin və idman yazarı Bryant Gumbelin çıxış edəcəyi gözlənilir. 

Bizimyol.info

BAKU.WS

Oxşar xəbərlər

Ağacan Əbiyev: “Məhəmməd Əli idman dünyası üçün heç nə etməyib”

Ağacan Əbiyev: “Məhəmməd Əli idman dünyası üçün heç nə etməyib”

"1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında turnit təşkil edilmişdi”. Bunu AzVision...

5375 İdman 16:09 06 iyun 2016

Son xəbərlər