Meyxanaçı Vüqar yalan danışdığını etiraf etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Vüqar Əbdülov əmlakçı olaraq çalışmadığını bildirib.
BAKU.WS xəbər verir ki, “Mtv” kanalına müsahibə verən sənətçi sosial şəbəkə hesabında yalandan əmlakçılıqla məşğul olması haqda paylaşım etdiyini etiraf edib:
“Əmlakçılıqla məşğul olmuram. Yalan məlumat idi. Yalandan paylaşmışdım ki, artıq bu işlə məşğulam. O da insanlar arasında müzakirələrə səbəb oldu.
Mənim, həqiqətən də, bu işlə məşğul olduğumu düşündülər. Hazırda öz işimlə məşğulam, hərdən işimi olur, hərdən olmur.
Sadəcə avtomobil qəzasına düşdüm. Başıma gələn hadisələr məni sənətdən, aktyor dostlarımdan ayırdı və meyxanaya yönəldim.
Gəlirim, qazancım oradan olduğu üçün meyxana ilə daha çox məşğul olmağa başladım və aktyordan çox meyxanaçı kimi tanındım. Lakin hazırda bu sənətimi də davam etdirirəm, bir çox ssenarilər də yazırıq”.
Qeyd edək ki, Vüqar Əbdülov bir müddət əvvəl "Instagram" hesabında əmlakçılıqla məşğul olması haqda paylaşım edib.
Meyxanaçı ev alqı-satıqısı ilə bağlı ofisin qarşısından fotosunu paylaşaraq bu status yazıb: "Keçdik bu işlərə. Allah alana da, satana da xeyir versin".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...