Metrodan istifadə edənlərə şad xəbər - FOTO
04
iyn
2019
15:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il metro stansiyalarında havalandırmanın yaxşılaşdırılması üçün 7 ventilyator quraşdırılacaq.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev deyib.Onun sözlərinə görə, hazırda metronun “Memar Əcəmi” və “ Qara Qarayev” stansiyalarında hər birində bir ədəd 75 kVt-luq ventilyatorlar quraşdırılıb:“Hazırda xüsusi sifariş əsasında Rusiyanın “Ventprom” maşınqayırma zavodunun məhsulu olan 7 ventilyator Bakıya gətirilib. Ventilyatorların idarəetmə sistemləri Almaniyanın “Siemnes” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Bu il stansiyalarda 7 ventilyator dəyişdiriləcək, gələn il üçün isə daha 10 ədəd ventilyatorun alınması nəzərdə tutulur”.N.Abdullayev bildirib ki, yaxın vaxtlarda "Nizami", "Nərimanov" və "Ulduz" stansiyalarında da ventilyatorlar quraşdırılacaq:“Ventilyatorlardan 4-ü 75 kVt-luq , 3-ü isə 55 kVt-luqdur. 2 ədəd 55kVt-luq ventilyator “Nərimanov” və “Ulduz” stansiyalarının arasındakı tuneldə, biri isə “Nizami” stansiyasında quraşdırılacaq”.
Qalereya
Oxşar xəbərlər
Bakıda metro istifadəçilərinə ŞAD XƏBƏR
Bakı metrolarında havalandırma sistemini yaxşılaşdırmaq üçün yeni ventilyatorlar gətirilib.BAKU.WS-in məlumatına görə, bunu “Ölkə.Az”a açıqlamasında “Bakı Metro...