Mətanət İsgəndərli: "Nifrət edirəm sənə, neynirəm səni? Nəyimə lazımsan?" - FOTO

Əməkdar artist Mətanət İsgəndərli vəfat edən atası ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi atası Məhəmmədəli bəyin yoxluğundan yazaraq həyatdan gileylənib:
"Atalı günlərim, hardasınız? Hardan tapım sizi? Ey zalım, vəfasız, nankor dünya. Nifrət edirəm sənə, ey dünya! Atamı əlimdən alan dünya. Neynirəm səni ? Nəyimə lazımsan? Sən ki mənim əlimdən atamı aldın. Düşmənimsən, ey dünya, düşmənim! Gözün kor olsun, dünya! Axı atam yaşamaq istəyirdi. Onunla bağlı o qədər arzularım var idi, atamın o yaralı, param parça olan ürəyi dözə bilmədi, bu haqsız, zalım dünyaya. Аllah sənə rəhmət etsin, ruhun şad olsun, mənim əziz atam. Ömrüm boyu qəlbimdə yaşayacaqsan. Hər zaman Allaha yalvaracam ki, bizi axirətdə qovuşdursun".
Qeyd edək ki, sənətçinin atası bu il yanvarın 21-də vəfat edib.

Oxşar xəbərlər
Məşhurlar Səyyad Əlizadədən yazdılar: "Heyif, Səyyad bəydən…" - FOTO
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə ötən gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Sənətçinin dünyasını dəyişməsi həm sevənlərini, hə...
