Mətanət İsgəndərli kürəkənindən 5000 dollar borc istədi və ... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Mətanət İsgəndərli kürəkənindən borc istəyib.
BAKU.WS xəbər verir ki, sənətçi Xəzər TV-nin “5-də 5” proqramında qonaq olarkən aparıcı Zaur Kamal ondan belə bir xahiş edib.
Aparıcı Mətanət xanıma deyib ki, Türkiyə vətəndaşı olan kürəkəninə zəng vurub ondan 5000 dollar borc istəsin. Aparıcının bu istəyi ifaçının ürəyincə olmasa da onun sözünü yerə salmayıb. Engin bəyə zəng vurub və hal-əhval tutmağa başlayıb. Lakin qızının ərindən borc istəməyə utanıb.
Telefon danışığının uzun çəkdiyini görən Zaur Kamal telefonu Mətanət xanımın əlindən alaraq özü ifaçının adından ondan borc istəyib. Engin bəy 5000 dolları verməyə hazır olduğunu deyib.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
2 min işsizdən 3 milyon alıb aradan çıxan Mətanətin FIRILDAQ SXEMİ - VİDEO
İşə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəyən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin fırıldaq sxemi bir neçə ili və...