Mətanət İsgəndərlinin qızı konsertində aparıcı oldu
02
iyn
2026
12:30
Əməkdar artist Mətanət İsgəndərlinin ötən gün baş tutan konsertində bir ilk yaşanıb.
BAKU.WS xəbər verir ki, sənətçinin qızı Ülkər səhnəyə çıxaraq anasının konsertində aparıcılıq edib.
Onu səhnəyə aparıcı Saleh Bağırov çağırıb. Aparıcı sənətçinin övladının bunun üçün günlərdir məşq etdiyini və ilk dəfə anasının konsertində aparıcı olaraq səhnəyə çıxdığını qeyd edib.
Xatırladaq ki, Ülkər illər əvvəl türkiyəli iş adamı Engin adlı şəxslə ailə qurub və onlar uzun müddətdir Antalyada yaşayır.
Oxşar xəbərlər
Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib
Rusiyanı tərk edən məşhur müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu "Kristina" ticarət nişanı üzərində hüquqlarını itirib. BAKU.WS xəbər verir ki, b...