Mətanət İsgəndərlinin keçmiş gəlini qəzaya düşdü: "Sanki kimsə avtomobilimi dəmirin içinə keçirdi"
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini müğənni Canana qəbristanlıqda qəzaya düşüb.
Bu barədə sənətçi BAKU.WS-ə açıqlamasında bildirib. O qeyd edib ki, Biləsuvar rayonuna gedərkən qəbirstanlıqda qəza keçirib.
"Məni MTV kanalının çəkilişi üçün Biləsuvar rayonuna dəvət etmişdilər. Hava da çox yağışlı idi. Mənə məclis keçirilən restoranın ünvanını göndərmişdilər. Lakin mən yolları bilmirəm deyə avtomobilimlə qəbirstanlıq olan əraziyə girdim. Zənn etdim ki, restorana gedən yol qəbirstanlıqdan keçir. Amma yanılmışam, elə deyilmiş. Sonra maşını saxladım və orada sakinlərdən ünvanı soruşmağa çalışdım. Hava yağışlı olduğu üçün avtomobilin yan güzgüləri palçıq idi. Dedim avtomobili arxaya verib qəbirstanlıqdan çıxım. Həmin vaxt sanki kimsə avtomobilimi götürüb dəmirin içinə keçirdi".
Sənətçi açıqlaması zamanı onu da qeyd edib ki, maşını "BAIC X55" markalı olub və qəza zamanı böyük ziyan görüb. Onu yenidən düzəltdirmək üçün yüksək məbləğdə pul lazımdır.
Qəzadan sonra hadisə yerinə polis əməkdaşları gəliblər.
Oxşar xəbərlər
50 yaşlı Ebru Gündeşdən yazdılar: "Boşanmaq onu gəncləşdirdi"
Bir müddət əvvəl 12 yaş kiçik həyat yoldaşından ayrılan müğənni Ebru Gündeş bu dəfə xarici görünüşü ilə müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, o "İyi...