Məşhur rokçu 46 yaşında vəfat etdi
Türkiyəli rokçu Cem Öcal 46 yaşında vəfat edib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, o Bodrumda yerləşən evində dünyasını dəyişib.
Bu barədə müğənni Kenan Doğulu sosial şəbəkədə paylaşım edib.
"Can qardaşımız Cem Öcalı itirməyin dərin hüznünü yaşayırıq. Uzun illər eyni səhnəni bölüşdüyümüz, saysız xatirələr topladığımız, yaxşı və çətin günlərdə çiyin-çiyinə olduğumuz çox dəyərli dostumuzu itirdik.
Ağır müalicə və kimyaterapiya prosesinə baxmayaraq, o yaşamağa çalışdı. Pozitivliyi, enerjisi və gözəl qəlbi hər zaman xatırlanacaq. Qəlbimizdə yeri daim ayrı olacaq. Məkanı cənnət olsun" - deyə o paylaşımda qeyd edib.
Xatırladaq ki, Cem Öcal bir müddətdir böyrək çatışmazlığı və qırtlaq xərçəngi ilə mübarizə aparırdı.
O 2008-ci ildə türk rok ifaçısı Özlem Tekin ilə ailə qurub, 2011-ci ildə ondan ayrılmışdı.
Oxşar xəbərlər
Ürəyində stendlə yaşayan 75 yaşlı aktyor vəfat etdi
"Yeşilçam"ın 75 yaşlı aktyoru Arif Ertan Güntav vəfat edib. BAKU.WS xəbər verir ki, onun ölümü barədə oğlu məlumat yayıb. O, sosial şəbəkədə paylaşdığı mesajda...