Məşhur aktyorlar 10 il sonra yenidən bir arada
Aktrisa Eda Ece həmkarı Buğra Gülsoy ilə başqa bir layihədə yenidən bir araya gələcək.
BAKU.WS xəbər verir ki, Nişantaşında görüntülənən aktrisa bu barədə özü məlumat verib.
Eda qeyd edib ki, 10 ildən sonra Buğra Gülsoy ilə kamera qarşısına keçmək üçün indidən həyəcanlanır:
"Avqustda yeni serialımızın çəkilişləri başlayır. Həyəcanla o günü gözləyirəm. Çox gözəl bir layihə olacaq. Ən böyük həyəcan;m isə də Buğra Gülsoy ilə illər sonra yenidən tərəf müqabili olacağımdır".
Qeyd edək ki, Eda Ece və Buğra Gülsoy sonuncu dəfə 2016-cı ildə ekranlara çıxan və böyük rəğbət qazanan "Görümce" bədii filmində birlikdə baş rolları paylaşmışdılar.
Oxşar xəbərlər
17 ildən sonra ayda 8 milyon qazanacaq
Məşhur aktrisa Yasemin Ergene illər sonra yenidən çəkiliş meydanına qayıtdı. BAKU.WS xəbər verir ki, onun baş rolunda çəkiləcəyi "Tuzlu Kahve" serialı indidən ə...