Məşhur aktyor özünə yeni biznes qurdu

Məşhur aktyor özünə yeni biznes qurdu
Şou-biznes 1388

Rusiyalı şoumen və "Comedy Club"ın ulduzu Qarik Xarlamov öz biznes fəaliyyətini daha da genişləndirib. O, tam xidmətli marketinq və tədbir təşkilatı agentliyi yaradıb. Yeni layihə "Zona komforta" ("Rahatlıq zonası") adlanır.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı tanınmış aktyorun nümayəndəsi RBK portalına təsdiqləyib.

Xarlamovun bu layihədə tərəfdaşları media meneceri Ksenya Poqodina və prodüser Danila İvanov olub. Agentlik həm fərdi sifarişçilərlə, həm də iri korporativ tədbirlərlə işləməyi hədəfləyir.

Akytorun biznes təcrübəsi tək bununla bitmir. O, 2021-ci ildə "Hot Dog Bulldog" adlı sosiskaxana açıb və şirkətin 27 faizinə sahib olub. Lakin 2024-cü ilin aprelində "kp.ru" portalı yazmışdı ki, bu layihə ciddi zərər gətirib və Xarlamov bu səbəbdən 33 milyon rubl itirib.

Məlumata görə, şoumenin digər biznes layihələri də son vaxtlar maddi çətinliklərlə üzləşib.

Oxşar xəbərlər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Meqastar Tarkan 7 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxıb. BAKU.WS xəbər verir ki, sənətçini sevənləri böyük coşğu ilə qarşılayıblar. Tarkanın səhnə şousu...

120 Şou-biznes 18:46 17 yanvar 2026

Son xəbərlər