Məşhur aktrisa 6 günlük qızı ilə qəzaya düşdü
Bir neçə gün əvvəl ana olan məşhur aktrisa İrem Helvacıoğlu qəza keçirib.
BAKU.WS xəbər verir ki, həyat yoldaşı və 6 günlük qızı ilə yol kənarında dayanan aktrisanın üzərinə motosiklet gəlib.
Hadisə Erenköydə, Kantarcı Rıza küçəsinin çıxışında baş verib.
Qəza zamanı motosiklet avtomobillə toqquşub və daha sonra səkiyə çıxaraq aktrisa və həyat yoldaşının üzərinə doğru hərəkət edib.
Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Aktrisa yaralansa da, həyat yoldaşı və qızına heç nə olmayıb.
Xatırladaq ki, aktrisanın yayda istirahətdə olduğu məkanda da başına iş gəlmişdi. O hovuzda olarkən başına uşaq düşmüşdü. Həmi vaxt İrem hamilə idi.
Oxşar xəbərlər
Toyqar Işıklı "Grammy"də münsif olub, səs verəcək
Məşhur bəstəkar Toyqar Işıklı "Grammy" mükafatlarına münsif seçilib. BAKU.WS xəbər verir ki, o dünyanın ən nüfuzlu musiqi mükafatlarından biri olan "Grammy"nin...