Məşhur teleaparıcının qardaşı: “Nişan qaytarıldı” - FOTO

Məşhur teleaparıcının qardaşı: “Nişan qaytarıldı” - FOTO
Foto
Şou-biznes 1388

Məşhur teleaparıcı Zümrüd Bədəlovanın qardaşı Zülfi Bədəlov ilə nişanlanan gənc müğənni Aydan İbrahimli ayrılıblar.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Aydan “Xəbərçi.Az” xəbər səhifəsinə açıqlamasında bildirib. A.İbrahimli Z.Bədəlovla ayrılmasına səbəb kimi xasiyyətlərinin uyğun gəlməməsini göstərib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı bəstəkar-müğənni Zülfi Bədəlovla əlaqə saxlayıb. O, nişanın qaytarılması ilə bağlı bunları söyləyib:

“İstəməzdim ki, bu məsələ mediaya yayılsın. Biz Aydanla birlikdə ayrılmaq qərarına gəldik. Ailələrimiz bu məsələni normal qəbul etdi. Nişan qaytarıldı. Bu barədə çox danışmaq istəmirəm. Mən kişiyəm! Ən yaxşısı, daha heç nə danışmayım”.

Qeyd edək ki, Zülfi Bədəlov ilə Aydan İbrahimli arasında 15 il yaş fərqi var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər