Məşhur meyxanaçılar arasında QALMAQAL: "Sübut edərsə 20 000 AZN verəcəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur meyxanaçılar Namiq Məna ilə Mehman Əhmədli arasında qalmaqal yaşanıb.
BAKU.WS xəbər verir ki, Namiq "Space maqazin"ə müsahibəsi zamanı meyxana janrının olmadığını, bədahətən deyilən şeirlərin əslində bədiyyə olduğunu bildirib.
Bəzi həmkarları meyxanaçı bu fikrinə qarşı çıxıblar. Mehman Əhmədli isə Namiqə çox sərt şəkildə etiraz edib. O, bədiyyənin mövcud olmadığını, məclislərdə bədahətən deyilən şeirlərin meyxana olduğunu deyib.
Mehmanın bu etirazından sonra Namiq dahi Nizami Gəncəvinin əsərinə yazdığı bir bədiyyəni söyləyib.
Bu zaman Mehman "Nizami Gəncəvi meyxana deyən olub? Yəni Namiq Mənanın savadı ora qədər çatır?" fikirləri ilə Namiqə atmaca atıb. Məna isə ona 15-16-17-ci əsrlərdə Azərbaycanda meyxana olduğunu sübut edən şəxs ortaya çıxarsa, 20 000 AZN pul verəcəyini bildirib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...