Mehmanın aclıq aksiyası keçirmək cəhdinin səbəbi bilindi (VİDEO)

Mehmanın aclıq aksiyası keçirmək cəhdinin səbəbi bilindi (VİDEO)
Video
Video 9638
Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyi hər müstəvidə təsdiq olunsa da, bu məsələni gündəmdə saxlamaq istəyənlər heç cür reallıqla barışmaq istəmir.Çünki onlar Mehmanın aclığından qidalanmaq istəyirlər.Bütün bunların AŞPA-nın qış sessiyası öncəsi baş verməsi isə anti-milli ünsürlərin iştahını əmlli-başlı qabardıb.Xezerxeber.az-ın məlumatına görə, Mehman Hüseynovun aclıq aksiyası keçirməməsi ilə bağlı Ombudsman Aparatının, hüquq müdafiəçilərinin və Penitensiar Xidmətin rəsmi məlumatlarına baxmayaraq bu məsələni gündəmdə saxlamaq üçün əlindən gələni edənlər var. Görünür, onlar bu gün Mehmandan daha acdır. Seçkidən sonra ölü sükutuna qərq olmuş anti-milli ünsürləri deyəsən xarici ağaları artıq yemləmir. Niyə də yemləsin? Axı onlar seçkidə qarşılarına qoyulan ölkəni qarışdırmaq, nüfuzdan və gözdən salmaq vəzifəsinin öhdəsindən gələ bilmədilər. Amma indi əllərinə fürsət düşüb. Özlərini yenidən xarici ağalarına sübut etmək istəyirlər ki, bəs "biz əslində varıq və nə desəz hazırıq. Təki qrantımızı əksik etməyin".Daxildəki və xaricdəki bu ünsürləri vəjdə gətirən digər bir məsələ də Avropa Şurası Parlament Assambleyasının yanvarın 21-25-i tarixlərində keçiriləcək qış sessiyasıdır. Sessiyada Gürcüstan və Ermənistanda keçirilən seçkilərlə yanaşı, mətbuat azadlığı məsələsinin də müzakirəsi gözlənilir. Radikal müxalifət və xaricdiki anti-milli ünsürlər isə bu sessiyada Azərbaycan əleyhinə ola biləcək çıxışlara arqument toplamaqla məşğuldurlar. Yəni Mehmanın aclıq aksiyasının davam edib-etməməsinin onlar üçün heç bir əhəmiyyəti yoxdur.Mehman Hüseynovun özünə gəldikdə isə maraqlı məqamlar üzə çıxıb. Sən demə Mehmanın aclığa əl atmasının səbəbi tamam başqa imiş. Həbsxanaın daxili nizam- intizam qaydalarını pozan Mehman bir növ qabaqdangəlmişlik edib. Aclıq aksiyasi keçirdiyini elan edərək mümükün intizam tədbirlərindən yayınmaq istəyib. Onun aclığı isə cəmi bir gün çəkib. Bundan sonra normal şəkildə qidalanıb. Hətta onun bir günlük aksiyasının tamamalanması ilə bağlı akt da tərib olunub və özü bunu imzası ilə təsdiq edib.Bu gün Mehmanla görüşən hüquq müdafiəçilərinin paylaşdığı fotoşəkildən də görünür ki, Mehman aclıq aksiyası keçirən adama oxşamır. 12 gün ac qalan adama isə heç oxşamır.Görünür, doğma qardaşı Emin başda olmaqla Əli Kərimli, Cəmil Həsənli və digərləri bu hərəkətinə görə Mehmanı bağışlamayacaq. Çünkü o, qidalanmaqla dostlarını ac qoya bilər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Son xəbərlər