Məhkəmədən İlyas Yalçıntaşa şok qərar
![Məhkəmədən İlyas Yalçıntaşa şok qərar](https://baku.ws/storage/photos/uploads/thumbs/large/H9XuIMvbAAH9CXq78ZZyFrLv5DgQr4EKmOHudN0X.webp)
Türkiyəli məşhur müğənni İlyas Yalçıntaş əcnəbi vətəndaş olan bir qadına mesajlaşma tətbiqi üzərindən təhqir xarakterli ifadələr yazdığına görə 3 min 750 lirə məbləğində məhkəmə cəriməsinə məhkum edilib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, hadisə 2024-cü ilin yanvar ayında baş verib. İstanbul Əsliyyə Cinayət Məhkəməsində müğənni İlyas Yalçıntaşın İran vətəndaşı Mahsa H.-yə mesajlaşma tətbiqi vasitəsilə təhqir dolu mesajlar göndərməsi ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında tərəflərin vəkilləri iştirak ediblər.
Zərərçəkmişin vəkili Ali Kamal Atçəkən məhkəmədə verdiyi ifadədə bildirib ki, "Tanınmış bir insan kimi İlyas Yalçıntaşın cəmiyyətə nümunə olması vacibdir. Bu, sadəcə bir təhqir işi deyil, eyni zamanda, cəmiyyətdə qadına qarşı şiddətin hansı səviyyəyə çatdığını göstərir. Ona görə də cəzalandırılmasını tələb edirik".
İlyas Yalçıntaşın vəkili Talha Duman isə müvəkkilinin bu işdə əslində zərərçəkmiş tərəf olduğunu iddia edərək bildirib ki:
"Müvəkkilimə qarşı törədilmiş hadisələrlə bağlı biz də lazımi hüquqi addımları atmışıq. O, ağır psixoloji təzyiq altında qalıb və mənəvi böhran nəticəsində başqa çıxış yolu görmədiyi üçün bu mesajları yazıb. Bu səbəbdən bəraətini tələb edirik".
Məhkəmə qərarını elan edərək İlyas Yalçıntaşı "səsli, yazılı və ya görüntülü vasitələrlə təhqir" maddəsi üzrə təqsirli bilərək ona 3 min 750 lirə məbləğində cərimə cəzası verib. Bununla yanaşı, hökmlərin icrasının təxirə salınmasına qərar verilib.
Oxşar xəbərlər
ŞOK HADİSƏ: Azərbaycanda müğənni məşhurlaşmaq üçün 400 000 AZN xərclədi
Azərbaycanda müğənni məşhurlaşmaq üçün 400 000 AZN pul xərcləyib. BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Zaur Nəbioğlu öz verilişində qeyd edib. Belə ki, o e...
![](/images/banners/placeholder_home_right_az.jpg)