Mauro İkardi ilə Çin Suarez ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suarezin münasibətinə son qoyduğu iddia edilir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 1,5 il davam edən münasibət son həftələrdə yaşanan gərginlikdən sonra başa çatıb.
İddialara əsasən, ayrılmaq qərarını Çin Suarez verib. Bildirilir ki, cütlük arasında fikir ayrılıqları, qısqanclıq və davamlı mübahisələr münasibətin bitməsinə səbəb olub.
Jurnalist Yanina Latorrenin sözlərinə görə, ayrılıq qərarı Mauro İkardi üçün gözlənilməz olub və futbolçu bu xəbəri ağır qarşılayıb.
Qeyd edək ki, Mauro İkardi və Çin Suarez 2025-ci ilin əvvəlindən münasibətdə idilər. Tərəflər ayrılıq xəbərləri ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Oxşar xəbərlər
Xalq artisti: "Övlada hər zaman nəzarət etməlisən"
Xalq artisti Mənsum İbrahimov ailə dəyərləri, övlad tərbiyəsi və valideyn məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb. BAKU.WS "axşam.az"a istinadən xəbər verir k...