Manaf BU SÖZÜ eşidib çaş-baş qaldı - mənasını bilmirmiş (VİDEO)

Manaf  BU SÖZÜ eşidib çaş-baş qaldı - mənasını bilmirmiş (VİDEO)
Video
Şou-biznes 6403
Şou-biznes əhli fobilayarından danışıb. BAKU.WS-in məlumatına görə, məşhurlar nədən qorxduqlarını ARB TV-nin "Show news" verilişinin keçirdiyi sorğuda açıqlayıblar. "Fobiya" sözünün hansı məna daşıdığını başa düşməyən müğənni Manaf Ağayev daha sonra suala belə cavab verib:"Allahdan çox qorxuram. Gözdən, nəzərdən, pis nəfisdən qorxuram". Sorğuda iştirak edən digər tanınmışların cavablarını sizə təqdim edirik: Müğənni Türkan Vəlizadə: "Daha çox qəzadan sonra qorxmuşam. Hər dəfə yanımda balaca bir "cıqqıltı" olan kimi qorxuram və başlayıram ağlamağa"Müğənni Rahidə Baxışova: "Dənizə girib çimə bilmirəm. Su məni boğur. Sıx geyimlərdə boğuluram. Elə bilirəm ki, bu dəqiqə ürəyim dayanacaq. Əvvəllər qaranlıq otaqda yata bilmirdim. Son vaxtlar bir az özümü toparladım. Özümü o vəziyyətdən çıxartdım". Reper Qurd: "Təkliyi xoşlamıram. Təklik özü sıxır".Müğənni Sami Oruc: "Tək uşaq olmuşam. Hər şeyə öyrəncəliyəm". Rəqqasə Fatimə Fətəliyeva: "Təkliyə. Maşın sürəndə elə bilirəm ki, arxada kimsə var".Aktyor Fərda Amin: "Suya fobiyam var. Üzə bilmirəm. Hündürlüyə də var".Aktyor Elməddin Cəfərov: "Qaranlıq, təklik, hündürlük, aktraksionlar. Fobiyalarım çoxdur".Aktrisa, müğənni Çimnaz Sultanova: "Liftdən qorxuram. Qapalı məkanlardan çox qorxuram". BAKU.WS

Son xəbərlər