Manaf Ağayev həbs oluna bilərmi? - AÇIQLAMA
21
avq
2018
15:20
Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi öz üsulu ilə cəzalandırıb. BAKU.WS xəbər verir ki, müğənni Tolikin "aparıcısı olduğu "Hər şey daxil" verilişində qonaq olan Əsədovanın yanında olduğunu zəngilə nümayiş etdirib. O, həmin şəxsi Mətanət Əsədovanın qarşısında diz çökdürüb üzr istədiyini bildirib. Bu sözlərdən sonra sosial şəbəkələrdə Manaf Ağayev barəsində qanun pozmaları, kimisə təhqir etməsi və s. kimi fikirlər səsləndirilib.Bəs Manaf Ağayev barəsində şikayət varmı? Onun həbs olunması realdırmı?Məsələyə aydınlıq gətirmək üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq. Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, Manaf Ağayev kiminsa haqqında danışa bilər və bu cinayət deyil.“Müğənni deyə bilər ki, “kimisə diz çökdürdüm” və s. Əgər burada kiminsə üzərində zorakılıq xəsarətləri yoxdursa, onun xuliqanlıq hərəkətlərini təsdiq edən bir əlamətlər yoxdursa, artıq nəsə demək çətindir. Bundan əlavə Manaf Ağayev barəsində hüquq-mühafizə orqanları əməkdaşlarına şikayət edən də yoxdur. Yalnız belə hallarda həmin şəxs barədə hüquq çərçivəsində tədbir görülə bilər”, - deyə bildirilib.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Manaf Ağayev videonu yayan şəxsi Mətanət Əsədovanın qarşısında diz çökdürdü - VİDEO
Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi öz üsulu ilə cəzalandırıb. BAKU.WS xəbər verir ki, müğənni Tolikin "aparıc...