Manaf Ağayev “Şəhid anasını diz çökdürməsi” xəbəri barədə danışdı – VİDEO
22
avq
2018
09:58
Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi öz üsulu ilə cəzalandırıb. BAKU.WS xəbər verir ki, müğənni Tolikin "aparıcısı olduğu "Hər şey daxil" verilişində qonaq olan Əsədovanın yanında olduğunu zəngilə nümayiş etdirib. O, həmin şəxsi Mətanət Əsədovanın qarşısında diz çökdürüb üzr istədiyini bildirib. Bu sözlərdən sonra sosial şəbəkələrdə Manaf Ağayev barəsində müxtəlif fikirlər səsləndirilib. Müğənni çoxsaylı tənqidlərə tuş gəlib. Haqqında Kütləvi İnformasiya Vasitələrində müxtəlif fikirlər yazılıb. Manaf Ağayev şəhid ailəsinə qarşı tərbiyəsizlikdə günahlandırılıb. Bu fikirlərdən sonra Manaf Ağayev video müraciət yayıb. Videoda müğənni əslində diz çökdürmək və üzr istədmək məsələsinin olmadığını bildirib. "Mən o tərbiyənin yiyəsi deyiləm. Doğma əmim oğlu şəhid olub. Şəhid anasının nə demək olduğunu bilirəm. Mən şəhid anasının qarşısında diz çökürəm, çökmüşəm də. Mən şəhid anası tərəfindən gəlmişəm. Əgər bilmək istəyirsizsə, şəhid anasının oğlu mənim dostumdur. Mətanətə zəng vurub demişəm ki, şəhid anası səninlə danışmaq istəyir. Onunla danışanda deyib ki, “mən şəhid anası kimi səndən üzr istəyirəm” Mətanət də ona cavab verib ki, “Ay ana, siz nə danışırsız? Mən də sizə qurban olum, Manaf da. Manaf gəlibsə, demək söhbət qurtardı”. Ay jurnalistlər, söhbət belə olub”, - deyə Manaf Ağayev bildirib. Cavid BabayevBAKU.WS
Oxşar xəbərlər
Manaf Ağayev həbs oluna bilərmi? - AÇIQLAMA
Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi öz üsulu ilə cəzalandırıb. BAKU.WS xəbər verir ki, müğənni Tolikin "aparıcı...