Mahir Emrelidən danışan atası: "Münasibət hərdən olur, hərdən olmur"
Prodüser Anar Mədətov futbolçu oğlu Mahir Emreli ilə münasibətlərindən danışıb.
BAKU.WS xəbər verir ki, "Xəbərin var?" verilişinə qonaq olan prodüser ilk evliliyindən olan oğlu ilə əlaqələrinin hazırda nisbətən yaxşı olduğunu vurğulayıb:
"Şükür. Hərdən bir münasibət olur, hərdən bir olmur. Aramızdakı soyuqluq bitib. Hər şeyin bir vaxtı var. Hər şey öz yerini tutur. İndi isə vəziyyət yaxşıdır".
Xatırladaq ki, Anar Mədətov Elnurə Mədətova ilə ailəli olub. Cütlük qalmaqallı şəkildə boşanıb. Onların Aişə və Mahir adlı iki övladı var. Anar Mədətov ikinci dəfə stilist Aygün Abbasova ilə ailə qurub. Onun bu evlilikdən bir oğlu var.
Onu da qeyd edək ki, Mahir Emreli hazırda Almaniyanın "Nürnberq" klubunda çıxış edən milli futbolçumuzdur.
Ətraflı videoda:
Oxşar xəbərlər
Tünzalə Ağayevadan qızı Fidanla bağlı paylaşım
Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla görüntülərini paylaşıb. BAKU.WS xəbər verir ki, sənətçi övladının doğum günü olduğunu vurğulayıb. Qızı ilə fotolarını...