"Madaqaskar" qəhrəmanları İLK DƏFƏ Bakıya gəlir - VİDEO

Madaqaskar qəhrəmanları İLK DƏFƏ Bakıya gəlir - VİDEO
Video
Şou-biznes 899
Dünyaca məşhur "Madaqaskar" cizgi filminin qəhrəmanları ilk dəfə Bakıya gəlir. BAKU.WS-in məlumatına görə, sevilən və maraqlı qəhrəmanlar aprelin 21-də Nizami Kino Mərkəzində kiçik tamaşaçılarının qarşısında çıxış edəcəklər. “Madaqaskar” cizgi filminin sevimli qəhrəmanları yeni sərgüzəştləri, məzəli və şən əhvalatları ilə nəinki balaca tamaşaçılarda, hətta böyüklərdə də unudulmaz təəssürat yaradacaqlar. Tamaşaçılar sevimli qəhrəmanları ilə birgə macəralar aləminə düşəcəklər. Tamaşa rus dilindədir.
Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz. Əlavə məlumat üçün: (+994) 51 600 70 70 "7 Fortis" şirkətinin təşkilatçılığı ilə ərsəyə gələcək tamaşanın informasiya dəstəkçisi BAKU.WS saytıdır. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Türkiyənin fenomen yazıçısı Bakıya gəlir - VİDEO

Türkiyənin fenomen yazıçısı Bakıya gəlir - VİDEO

Fenomenə çevrilən 23 yaşlı türkiyəli yazıçı Arda Erel Bakıya gəlir. BAKU.WS-in məlumatına görə, "7 fortis" şirkətinin təşkilatçılığı ilə aprelin 4-də Nizami Ki...

757 Şou-biznes 14:21 27 fevral 2019

Son xəbərlər