"TRT Çoçuk" telekanalı hər kəsi Bakıya dəvət edir - VİDEO

TRT Çoçuk telekanalı hər kəsi Bakıya dəvət edir - VİDEO
Video
Şou-biznes 740
"TRT Çoçuk" telekanalının ən sevilən cizgi filmlərindən biri olan "Biz ikimiz"in balaca qəhrəmanları - Arda ilə Ceren ilk dəfə Bakıya gəlir. BAKU.WS-in məlumatına görə, artıq "TRT Çoçuk" telekanalı tamaşanın anonsunu yayımlamağa başlayıb. Videoçarxda qeyd olunur ki, sevilən və maraqlı qəhrəmanlar fevralın 3-də Nizami Kino Mərkəzində kiçik tamaşaçılarının qarşısında çıxış edəcəklər. “Biz ikimiz” cizgi filminin sevimli qəhrəmanları yeni sərgüzəştləri, məzəli və şən əhvalatları ilə nəinki balaca tamaşaçılarda, hətta böyüklərdə də unudulmaz təəssürat yaradacaqlar. Tamaşaçılar sevimli qəhrəmanları ilə birgə macəralar aləminə düşəcəklər. Bu tamaşada uşaqlar iki kiçik macəraçı ilə fəsillər, əlifba, ənənələr, maraqlı peşələr haqda hər şeyi öyrənəcəklər. Kəşf etməyi və öyrənməyi sevən Arda ilə Ceren şeir, bilməcə, mahnı və rəqsləri ilə əyləncəli bir şou göstərəcəklər.
Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, "ASAN Xidmət" mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz. Əlaqə nömrəsi: (+994) 51 600 70 70 "7 Fortis"in təşkilatçılığı ilə ərsəyə gələcək tamaşanın informasiya dəstəkçisi BAKU.WS saytıdır. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər