Lətafət efirə qayıtdı - VİDEO
23
mar
2019
09:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Lətafət Ələkbərova 2 illik fasilədən sonra yenidən efirə qayıdıb. BAKU.WS-in məlumatına görə, o, ARB TV-də "İkinci şans" adlı layihə ilə tamaşaçıların görüşünə gələcək. Saytımıza yeni verilişi haqda danışan L. Ələkbərova bunları deyib:"Həyatda psixoloji, mənəvi zərbə alan, tək qalan qadınlara dəstək olacağıq. Onlara hərtərəfli yardım edəcəyik. Bir sözlə, bizə müraciət edən hər bir xanıma yeni həyata dönmək üçün ikinci şans verəcəyik". "İkinşi şans"ın ilk buraxılışı 23 mart, yəni bu gün saat 12:00-da yayımlanacaq. Qeyd edək ki, Lətafət Ələkbərova son dəfə 2017-ci ildə Xəzər TV-də "Hədiyyəmiz+biz" verilişinə aparıcılıq edib. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Lətafətin 3 fərqli obrazı – FOTOSESSİYA
Tanınmış aparıcı Lətafət Ələkbərova yeni fotosessiya etdirib. BAKU.WS xəbər verir ki, fotoqraf Niko Abbasovun obyektivi qarşısına keçən L. Ələkbərova bir neçə o...