İlqar Xəyal birinci ailəsindən danışdı - VİDEO

Müğənni İlqar Xəyal aparıcı Günay Firudinqızının “Gün Ortası” proqramına qonaq olub.
BAKU.WS xəbər verir ki, veriliş zamanı sənətçi şəxsi həyatı haqqında açıqlamalar verib. İkinci dəfə evlənən İlqar ilk həyat yoldaşından danışıb:
“İki dəfə ailə həyatı qurmuşam. Birinci ailəmlə hələ də təmasdayıq. Bir-birimizi sevirik, çünki bir-birimizə çox böyük hörmətimiz var. Həyat yolunda hər birimizin səhvləri olub. İstər mən, istərsə də qarşı tərəfdən...
Müəyyən problemlərimiz oldu. Bizdən asılı olmayan səbəblərdən ayrılmaq məcburiyyətində qaldıq. Amma mən buradan etiraf edirəm ki, biz 3-4 gündən bir bir-birimizə zəng edirik, ünsiyyətdə oluruq, “mən səni sevirəm, mən də səni sevirəm” kimi sözlər deyərək özümüzü bir-birimizi mükafatlandırırıq.
Hazırda ailə qurduğum insan da bilir ki, biz bir-birimizə hörmət edirik. Həyatda insanlar ayrıla bilər, amma bu, o demək deyil ki, biz bir-birimizi əbədi olaraq tərk edirik.
Biz hər zaman birlikdə olacağıq. Övladlarımız üçün ata, ana olacağıq. Mən öz övladlarımın anasını çox sevirəm. Baxmayaraq ki, biz bir-birimizdən ayrılmışıq. Evdə buna böyük hörmətlə yanaşılır.
Məsələ ondadır ki, mən hazırda birlikdə yaşadığım qadına da dərin məhəbbətlə və hörmətlə yanaşıram. Bütün kaprizlərini və istəklərini həll etməyə çalışıram.
Birinci həyat yoldaşımla ayrılarkən məndən vaxt istədi, lakin bu müddət 5 ilə qədər davam etdi. Mən gördüm ki, artıq biz bir araya gələ bilmirik.
Bundan sonra ikinci dəfə ailə həyatı qurmağa qərar verdim”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...
