İllərin vətən həsrətinə məlhəm: Kəlbəcərdə sönmüş ocaqlar yenidən alovlanacaq - VİDEOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcərin azad olunduğu, işğalın bitdiyi, qələbə sevincinin yaşandığı bir vaxtda BAKU.TV kollektivi Muradovlar ailəsinin qonağı olub.
İyirmi yeddi ildir Qobustan rayonunun Təklə kəndində məskunlaşan ailə sevinc hisslərini BAKU.TV ilə bölüşüb.
Əlövsət Muradov doğulub boya-başa çatdığı, ən gözəl çağlarının, gənclik və tələbəlik illərinin keçdiyi tarixi Kəlbəcər torpaqlarının yağı düşməndən azad olunmasını bir möcüzə adlandırıb.
Yazdığı şeirlərlə bir Kəlbəcər nisgili yaşadığını deyən şair kitabların da ancaq vətən həsrətli şeir toplusu olduğunu deyib.
Evin xanımı Tovuz Muradova keçmişdə yaşadığı acılara son qoyulduğuna şükür edir. O, yenidən Kəlbəcərə dönəcəyini, sönmüş ocağını təkrar alovlandıracağını ailəsi, nəvələri ilə birgə isti yuvalarında yaşayacağını bildirib.
Muradovlar ailəsi bundan sonra Qarabağda həyatın canlanması, o torpaqlarda xoşbəxt, firavan yaşayacaqları üçün Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Oxşar xəbərlər
İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO - YENİLƏNİB
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin müraciəti- Əziz...