“Əli və Nino” filminin Ninosundan yeni fotolar (FOTO)

“Əli və Nino” filminin Ninosundan yeni fotolar (FOTO)
Şou-biznes 1488

"Əli və Nino” filmində Nino obrazını canlandıran dünya şöhrətli aktrisası Mariya Velverde "İnstagram” bloqunda mütəmadi olaraq fotolarını paylaşır.

BAKU.WSxəbər verir ki, təxminən bir neçə ay öncə Azərbaycanda təqdimatı olan filmin baş qəhrəmanı demək olar həyatının hər anını izləyiciləri ilə bölüşür. 

Qeyd edək də ki, yazıçı Qurban Səidin "Əli və Nino” romanı əsasında çəkilən eyniadlı filmin rejissoru Asif Kapadiadır. Filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə "Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. 

Çəkilişlər Bakıda, Qobustanda, Xınalıqda və başqa ərazilərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, xalq artisti Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər. Filmin ölkəmizdə təqdimatı təxminən iki ay öncə olub. 

Mariya Velverdenin bloqunda paylaşdığı yeni fotolarını oxuculara təqdim edirik:

Aysel.Ş

BAKU.WS

Son xəbərlər