Lepsin toyu bu tarixdə olacaq
Rusiya şou-biznesinin ən çox danışılan cütlüyü Qriqori Leps və Avrora Kiba cəmi bir neçə aydan sonra münasibətlərini rəsmiləşdirəcək.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, müğənni toy tarixini açıqlayıb. O bildirib ki, toyu ad günündə etməyi planlaşdırır. Rus mediası isə onun ad gününün iyunun 16-da olduğunu bildirib. Belə ki, Lepsin iyunun 16-da 19 yaşlı sevgilisi ilə nikah masasına oturacağı deyilib.
"Yaxşı toy olacaq. İstənilən yerdə edilə bilər. İstənilən müqəddəs yerdə planlaşdırırıq. Məsələn, kilsədə, niyə də yox" deyə, Qriqori söyləyib.
Qeyd edək ki, Kiba bir müddət əvvəl ana olmağa hazırlaşması haqda açıqlaması ilə diqqət çəkib.
Oxşar xəbərlər
Yaşar Yusubdan səhnəyə iddialı dönüş: "Belə olmamışam"
Məşhur müğənni Yaşar Yusub 2026-cı ilə iddialı layihələrlə qədəm qoymağa hazırlaşır. Bu barədə BAKU.WS-ə açıqlama verən sənətçi hazırda yeni fotosessiya üzərin...