Lalə Mustafayeva: "Daydayım da yox, həcim də, məmurum da" - FOTO
Aparıcı Lalə Mustafayeva instaqram izləyicilərinin suallarını cavablandırıb.
BAKU.WS xəbər verir ki, aparıcı şəxsi həyatı və karyerası ilə bağlı ona ünvanlanan bir çox sualları cavablandırıb.
İzləyicilərdən biri Mustafayevaya "Səni nə vaxt televiziyada görəcəyik" sualı ilə müraciət edib. Lalə izləyicisinin sualını belə cavablandırıb:
Bu yaxınlarda serialda görə biləcəksiniz. O ki qaldı verilişə... Vallah yaltaqlana bilmirəm, qapı-qapı sponsor da axtara bilmirəm. Daydayım da yox, həcim də, məmurum da. Odur ki hələ evdəyəm".
Aparıcının başqa bir izləyicisi isə ona "Ən sevdiyiniz televiziya şousu hansıdır" sualını ünvanlayıb. Mustafayeva "Hal-hazırda heç biri", - deyə cavab verib.
Qalereya
Oxşar xəbərlər
"Üzünə gülüb, arxada sənin işini bururlar" - Lalə Mustafayeva
"Hazırda işsizəm. Gözəl kanal məni maraqlı layihə ilə dəvət etsə, gedərəm. Hazırda sosial şəbəkədə etdiyim reklamdan qazanıram". BAKU.WS "axşam.az"-a istinadən...