"Üzünə gülüb, arxada sənin işini bururlar" - Lalə Mustafayeva
"Hazırda işsizəm. Gözəl kanal məni maraqlı layihə ilə dəvət etsə, gedərəm. Hazırda sosial şəbəkədə etdiyim reklamdan qazanıram".
BAKU.WS "axşam.az"-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lalə Mustafayeva "Səhər-səhər" verilişində deyib.
O bildirib ki, hazırda işsizdir və heç yerdə iş tapa bilmir:
"Bəzi aparıcılar və müğənnilərin əlindən işsiz qalmışam. Hara müraciət edirəm, deyirlər, sponsor gətir. 16 il aparıcı olmuşam, peşəkar televiziya işçisiyəm. Qapı-qapı gəzib sponsor axtara bilmərəm. Deyirəm, gözəl kollektiv yaradın, gedib sponsorla danışsın. Sonra mən də aparıcı kimi gedib danışaram".
Lalə toylardan da uzaqlaşdırılmasından gileylənib:
"2008-ci ilə qədər toya gedirdim. İndi soruşanda deyirlər, getmir. Şou aləmində dost yoxdur. Üzünə gülüb, arxada sənin işini bururlar. Bir dəfə tanıdığım insan dəvət etdi. Qayıtdı ki, ağır təbiətlisən, gəl apar get. Biz şitliyi sevmirik. Ondan sonra məclisə getməmişəm".
Oxşar xəbərlər
"Lalənin “şot”una kef eləyib, indi..." - Keçmiş ərə CAVAB
Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. O, müğənninin onu aliment ödəməyə məcbur etdiyi...