"Lale Devri"nin aktrisasından qalmaqallı ETİRAF: "Reytinqi yüksəldi"

Lale Devrinin aktrisasından qalmaqallı ETİRAF: Reytinqi yüksəldi
Foto
Şou-biznes 291

Aktrisa Selen Soyder bir zamanların reytinlqi serialı "Lale Devri" ilə bağlı səmimi etiraflar edib.

BAKU.WS xəbər verir ki, aktrisa ekran işində yer alan Emina Yahoviçdən sonra layihədə çəkilməsindən danışıb.

O qeyd edib ki, Eminadan sonra layihəyə gəlməsi ekran işinin reytinqini artırıb:

""Lale Devri" serialına Emina Yahoviçin yerinə aktrisa axtarırdılar. Və onun yerinə mən çəkildim. Serialın reytinqi heç də yaxşı deyildi. "Toprak" çox sevilən obraz idi. Mənim sayəmdə serialın reytinqi yüksəldi".

Selen Soyderin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun bu fikirləri ilə razılaşmayaraq etiraz ediblər.

Onlar aktrisanın ünvanına "Toprak, sənin səhnələrinə baxanda yuxuya gedirdim", "Bunun bir təkəbbürlülüyünə bax!" kimi şərhlər yazıblar.

Xatırladaq ki, müğənni Emina Yahoviç serialdan hüzursuz və narahat olduğu üçün ayrılıb.

Ekran işi 2010-2014-cü illərdə yayımlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Cananaya yazdığı sərt sözlərlə gündəmə gəlib.  BAKU.WS "axşam.az"a istinadən xəbər veri...

35 Şou-biznes 14:22 31 may 2026

Son xəbərlər