İlahə Fəda: “İllərdir Laçın həsrəti ilə yanıram” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış ifaçı İlahə Fəda "Həyat, sevgi və göz yaşları" proqramında qonaq olub.
BAKU.WS xəbər verir ki, ifaçı Laçının düşmən işğalından azad olunması ilə bağlı sevincindən danışıb. Müğənni Laçınla bağlı xatirələrini bölüşüb:
“1973-cü ildə Laçının Alxaslı kəndində doğulmuşam. Orada erməni qızları var idi, uşaq idik, birlikdə oynayırdıq. Erməni qızı Anuşik bacısına deyirdi ki, "Roza, onlarla oynama, türkdürlər". 10 yaşında erməni bilirdi ki, türk kimdir. Biz düşmənçilik bilmirdik.
1988-ci ildə Bakıya oxumağa gəldim. Ermənilər davaya başlayırdı. Düşünmüşdüm ki, oxuyub yurduma qayıdacam, amma olmadı.
1990-cı ildə son zəngə görə Laçına getdim. Amma gördüm ki, heç kim yoxdur. Sinif yoldaşlarım döyüşdə idilər, vətəni qorumağa getmişdilər. Doğma dayım oğlu, kəndimizdə tanıdığım nə qədər insan şəhid oldu.
Doğulduğum gündən həyatımda həsrət olub. Birinci atam bizi atıb getdi, həsrəti ilə yaşadım. Nənəm Qumru dünyasını dəyişdi, üstünə həsrət gəldi.
Sonra sevgilimi itirdim, onun da həsrəti gəldi. Amma vətən həsrəti başqa idi. Onu unutmaq mümkün deyildi, məni hələ də yandırırdı. Torpaq həsrətinə alışmaq olmaz. Bunu bilməzsiniz... İndi isə bir ümidim var... O torpağa gedib, dizlərimi yerə atıb üzr istəyəcəm.
Gedib doğmalarımın qəbirlərini ziyarət edəcəm. Ocaq qalayıb, Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürasını oxutduracam.
Laçın həsrəti ilə neçə illərdir yanıram. Mən o torpağın qızıyam, laçınlıyam. Orada can verən oğullar üçün bilmirəm ki, nələr edim".
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...