Kutsiyə 60 ilədək həbs cəzası verilə bilər

Kutsiyə 60 ilədək həbs cəzası verilə bilər
Şou-biznes 1009

Türkiyənin tanınmış müğənnisi Kutsi saxta "yararsız" hərbi bileti almaqda günahlandırılır.

BAKU.WS məlumat verir ki, müğənninin 21 ildən 60 ilədək həbsi tələb edilir. Kutsidən əlavə 30 nəfər rüşvət və rəsmi sənəddə saxtakarlıq cinayətində ittiham olunurlar. İddialara görə müğənni cinayətkar qrupla əlaqəyə girərək "psixoloji pozuqluq" diaqnozu ilə saxta sənəd alaraq əsgərlikdən yayınıb. 

Müğənninin vəkili Sabahattin Gümanın iddiasına görə, 2006-2007-2009-cu illərdə ifaçıya verilən sənədlər onun ruhi sağlamlığının yerində olmaması haqda tərtib olunmuş həqiqi sənədlərdir. Hər üç sənəd həkimlərin tibbi rəyi ilə alınıb və 10 həkim tərəfindən imzalanıb. Kutsi məhkəməyə yazdığı şikayət ərizəsində saxta sənədləşdirmə iddiasının əsassız olduğunu yazıb:

"Mənə qoyulan psixoloji və ruhi xəstəliklə bağlı diaqnoz hələ 14 yaşımda ikən "Stevens Johnson Sindromu" şəklində ortaya çıxıb. Bu xəstəlik nadir və ölümcül nəticələrə səbəb olan sindromdur. Saxta olduğu deyilən sənədlərdə 10 həkimin imzası var". 

Kutsi ilə yanaşı, digər 30 şəxsə saxta sənəd hazırlamaqda şübhəli bilinən həkim Haşmet İşıklının isə 302 ilədək həbsi istənilir. İddianamədə hərbi xidmətdən yayınmaq istəyən şübhəlilərin 20-30 min dollar qarşılığında saxta sənəd hazırladıqları yer alıb. 

Qeyd edək ki, "Stevens Johnson Sindromu” dəridə dərmanlara və ya infeksiyalara qarşı ciddi reaksiya verən xəstəlikdir. Qripə bənzəyən əlamətlərlə başlayan bu xəstəlik zamanı dərinin üst qatının tökülməsi və qırmızı ləkələrin yaranması müşahidə olunur.

BAKU.WS

Oxşar xəbərlər

Funda Ararın Miri Yusifin mahnısını oğurladığı təsdiqini tapdı (VİDEO)

Funda Ararın Miri Yusifin mahnısını oğurladığı təsdiqini tapdı (VİDEO)

Tanınmış müğənni Miri Yusiflə Türkiyə sənətçisi Funda Arar arasındakı mahnı qalmaqalı yekunlaşmaq üzrədir. BAKU.WS məlumat verir ki, Türkiyə tərəfi Funda Ara...

1840 Şou-biznes 15:20 01 fevral 2016

Son xəbərlər