Konçita imicini dəyişir

Konçita yenidən kişi olmaq istəyir.
2014-cü ildə qeyri-adi görünüşü ilə "Eurovision"da seçilən və qalib gələn Konçita Vurst (əsl adı Tomas Noyvirt) obrazını dəyişmək qərarına gəlib.
BAKU.WS-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, o, artıq "saqqallı qadın" obrazından yorulduğunu, yenidən kişi imicinə dönəcəyini bildirib:
"Konçita ilə vidalaşmaq lazımdır, buna "Konçitanın intiharı" da demək olar. "Saqqallı qadın" artıq hər şeyi əldə edib və bu obraz artıq mənə lazım deyil. Onunla vidalaşın".
"Mən onu öldürməliyəm”, - musiqiçi deyib.
Konçitanın sözlərinə görə, son vaxtlar onun kişi tərəfi israrla özünü hiss etdirir.
"Mən axtarışdayam, özümü axtarıram. Hazırda heç vaxt olmadığı kimi özümdən şübhələnirəm. Tom isə üsyan edir”, - Noyvirt əlavə edib.
BAKU.WS


Oxşar xəbərlər
Arvadını ilk dəfə makiyajsız görən ər boşandı
BƏƏ sakini arvadını ilk dəfə makiyajsız gördükdən sonra onunla boşanmaq qərarına gəlib. Kişi çimmək üçün dənizə girərkən həyat yoldaşının makiyajı silindikdən...
