Kənan MM: "Həyatımda ən nifrət etdiyim işlə məşğulam" (VİDEO)
18
dek
2017
16:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin "Günə son" verilişininə canlı yayımda telefonla bağlanan Kənan (M.M.) Mahmudov maraqlı açıqlamalar verib.BAKU.WS-in məlumatına görə, o, son yazdığı qalmaqallı statusu barədə danışıb:"Hərdən mənə ələ gəlir ki, ən nifrət etdiyim işlə məşğulam. Bunun səbəbini bilmirəm. Mən səhifəmə "Dəmir qazan" filmindən bir səhnə qoymuşam və 300 min izlənib. Amma ondan öncə adını sənət əsəri deyə biləcəyim "Qayıdış" və "Gecə qonağı"ndan səhnə qoymuşdum, amma o qədər izlənmədi. Buna bilmirəm üzülüm, ya sevinim. "Dəmir qazan" filmi komediya yox, gülməlidir. Azərbaycanda müasir filmlərin içərisində komediya janrında çəkilən bir film var. Həmin film "Oğlan evi"nin birincisidir. Digərlərini komediya filmi hesab etmirəm. Türkiyəli aktyorlarla bizimkilərin əsas fərqi odur ki, onlar daha çox pul alır. Mən əgər aktyor qədər pul qazansaydım, rejissor yox, prodüser olardım".BAKU.WS
Oxşar xəbərlər
Stalinin başı"ndan bir milyon manat qazandığı deyilən İlkin Həsənidən AÇIQLAMA
Atv və "İlk Media"-nın istehsalı olan "Stalinin başı" filmi ilə rekordları qıran "Bozbash pictures" komandasının bir milyon manat qazandığı iddia edilib.BAKU.WS...