Kənan M.M nazir olmaq istəyir

Kənan M.M nazir olmaq istəyir
Şou-biznes 1770

Rejissor Kənan M.M (Mahmudov) maraqlı açıqlama ilə çıxış edib.

BAKU.WS xəbər verir ki o, nazir olmaq istəyir. 

Rejissor bu barədə sosial şəbəkədə yazıb. O, "Mədəniyyət naziri olmaq istəyirəm. Özü də nəyi var” - sözlərini qeyd edib.

Xatırladaq ki, Kənan M.M. bir neçə gün əvvəl ölkədə rejissorların dilənçi günündə yaşadıqlarını yazmışdı:

"Bəlkə də bu yazıdan sonra mənim çəkdiyim işlər işıq üzü görməyəcək, amma demək lazımdır. Məni "Gecə qonağı”nda sürüdünüz, bir az da bundan yazın. Hislərim, duyğularım paramparçadır.

Bir gecənin içində "Qayıdış” ilin ən yaxşı filmi seçildi. Heç bir tamaşaçı bilmir ki, bizdə aktrisalar 600 manat maaş alır. Rejissor çox şeydə borclu qalır. Bilmirsiniz ki, rejissor çəkiliş edəndə bazar alverçisi kimi alver edir, yer danışır, bir filmi çəkmək üçün dilənçiliyə başlayır... Bəli, bu sözü utanmadan böyük hərflərlə yazıram. Azərbaycan rejissorları dilənçi günündədir. Məni bu hala salanlar utansın. Çünki kinoteatrlar çəkilən filmin gəlirinin 60 faizini bizdən alır. Onlar Azərbaycan filminin qatilləridir.

Nə isə, gedim dilənməyə. Axı mənim tamaşaçılarım "Gecə qonağı 2” gözləyir. Hər şey sizlər üçün, sadəcə, dua edin. Bəzi insanlar yanlış yerdə yaşayırlar. Məni anlayanda mən buralarda olmayacağam. Ya o biri dünyada olacağam, ya da başqa ölkədə. Bu ölkədə ciddi filmləri izləyəcək tamaşaçı azdır. Onları qınamıram, o qədər düşük, bambılı filmlər izləyiblər ki, zövqləri elə formalaşıb”.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər