Kiyevdə yaşayan azərbaycanlı müğənni: "Oğlum Odessada qalıb" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kiyevdə yaşayan azərbaycanlı müğənni Vaqif Nağıyev Ukraynada baş verənlərdən yazıb.
BAKU.WS xəbər verir ki, instaqram hesabında paylaşım edən sənətçi ailəsinin ondan uzaqda olduğunu və onların yanına gedə bilmədiyini deyib:
"Ötən gün güclü partlayış səsləri ilə oyandım. Evimdən 300 metr kənara mərmilər düşmüşdü. Odessadakı oğlumun yanına gedə bilmirəm. Qızım bir partlayış səsindən qorxur. Ən dəhşətlisi isə odur ki, biz heç nə edə bilmirik.
Bir şey demək istəyirəm: biz sülh istəyirik. Övladlarımız müharibə haqda məlumatı sadəcə kitablardan oxusunlar. 21-ci əsrdə yaşayırıq, müharibəyə "yox" deyirik".
Qalereya
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...