Keçmiş həyat yoldaşına qayınatasının məzarında evlilik təklifi edib
Məşhur müğənni Emre Altuğ açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o keçmiş həyat yoldaşı Çağla Şıkelə illər əvvəl etdiyi evlilik təklifindən danışıb.
Emre bildirib ki, modelə evlilik təklifini onun atasının məzarı başında edib.
Belə ki, keçmiş cütlük Çağlanın atasının vəfat ildönümündə onun məzarını ziyarət etməyə gedib.
"Orada ona dedim ki, "Sənə demişdim ki, səni atandan istəyəcəyəm". Sonra üzüyü çıxarıb verdim. Ora gələndə özünü hər zaman yaxşı hiss etməyini istəyirdim. Buna görə də evlilik təklifini məhz orada etməyi düşündüm" - deyə sənətçi qeyd edib.
Xatırladaq ki, Çağla və Emre 2008-ci ildə evləniblər. Onlar 7 illik ailə həyatından sonra 12 yanvar 2015-ci ildə boşanıblar. Cütlüyün bu evlilikdən Kuzey və Uzay adlı iki oğlu var.
Onlar boşansalar da, illərdir övladlarına görə dostluq münasibəti saxlayırlar.
Oxşar xəbərlər
Məşhur müğənni texnologiya nəhəngindən 15 milyon dollar tələb edir - SƏBƏB
Məşhur müğənni Dua Lipa yeni xəbərlər gündəmə gəlib. BAKU.WS xəbər verir ki, o texnologiya şirkəti "Samsung"a qarşı 15 milyon dollarlıq məhkəmə iddiası qaldır...