"Şirin" "Bir xalanın sirri"ni açıqladı - "O səhnəyə çəkilmək istəmirdim"

06
apr
2018
22:54
Aktyor Nicat Rəhimov "Bir xalanın sirri" filminin təhlükəli səhnələrindən danışıb. BAKU.WS milli.az-a istinadən xəbər verir ki, o, hətta bu səhnələrə çəkilməkdən imtina etmək istədiyini də bildirib.""Bir xalanın sirri" filmində bizim bir çox səhnələrimiz var ki, onları kaskadyorsuz yerinə yetirmişik. Mənim orada maşında bir səhnəm var. "Kamaz" maşının qabağından keçir, digər avtomobillə toqquşur. Sözün düzü, bu səhnəyə çəkilmək istəmirdim, qorxurdum. Bir az diqqətsiz olsaydıq, "Kamaz" bizi vura bilərdi. 15-20 dəqiqə gözlədim ki, bəlkə bu səhnəni çəkməzlər. Daha sonra keçib sükan arxasına oturdum. Çünki "Kamaz"ın sürücüsü mənə söz verdi ki, gəl otur, heç nə olmayacaq", - deyə aktyor bildirib.BAKU.WS

Oxşar xəbərlər
"KamAZ" yük boşaldarkən aşdı, sürücü avtomobilin altında qaldı
Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verib. BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, xüsusi Riskli Xilasetmə Xidmətinin müvaf...