İlhamə Quliyevanın tacı Nazpəri Dostəliyevaya taxıldı
ATV kanalında yayımlanan "Rəngarəng" verilişində hər kəsi təəccübləndirən hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva verilişə gələrək ona aid tacı Xalq artisti Nazpəri Dostəliyevaya hədiyyə edib.
Bu zaman Dostəliyeva sağlığında qalmaqal yaşadığı Quliyevanın tacını başına taxmaq istəməyib.
O hədiyyəni qəbul etdiyini lakin başına taxmaq istəmədiyini vurğulayıb, lakin aparıcı Zaur Nəbioğlu tacı sənətçinin başına taxıb. Dostəliyeva dərhal tacı çıxarıb.
Xatırladaq ki, Xalq artisti Nazpəri Dostəliyeva illərlə böyük qalmaqal yaşayan və vəfat edərkən belə küsülü şəkildə dünyadan köçən həmkarı İlhamə Quliyevanın məzarını ziyarət edərək ona "haqqımı halal edirəm" deyib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Məşhur serialın çəkilişləri zamanı sevgili olan cütlük ayrıldı
"Taşacak Bu Deniz" serialının çəkilişləri zamanı tanış olaraq münasibətə başlayan aktyorlar Erdem Şanlı və Hande Nur Tekin ayrılıq qərarı veriblər. BAKU.WS xəbə...