Şikəst gəlin toy günündə yeriməyə başladı, bəy ağladı (FOTO, VİDEO)
8 ildir iflic olan Jaque Qonçer toyunda bir anda ayağa qalxıb yeriyib.
BAKU.WS-in məlumatına görə, ABŞ-da baş verən bu hadisə bütün dünyaya səs salıb. Boynundan aşağısı iflic olan 25 yaşındakı Jaque 17 yaşında başına gələn bədbəxt hadisə nəticəsində şikəst qalıb. Həkimlər böyük ehtimalla bir daha əsla yeriyə bilməyəcəyini söyləmişdilər.
Qəzadan 6 ay sonra bir möcüzəni bacaran Jaque ayaqda dayanmağa başlamışdı. Ancaq 8 il boyunca gənc qız əlil arabasına məhkum olub. 1 il əvvəl bir qərar verən qız toyunda ayaqda dayanmağı bacaracaq hər kəsi sevindirəcəkdi.
İlk başda salona anası və babası ilə əlil arabasında girən gəlin sonra bir anda ayağa qalıb və gəzməyə başlayıb. Şəkillərdə göründüyü kimi gənc qız yalnız yerimək xəyalını deyil, eyni zamanda toyunda rəqs etmək arzusunu da həyata keçirib. Sürprizdən xəbəri olmasına baxmayaraq bəy Endi Qonçer gözyaşlarını tuta bilməyib.
1 il əvvəl aşağı qan təzyiqi səbəbiylə 30 dəqiqədən çox ayaqda dayana bilməyən Jaque 5 saatlıq toyun 45 dəqiqəsində ayaqda dayana bilib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kişi kişi ilə evləndi: "Gəlin" toyda mahnı oxudu (VİDEO)
Bakıda qeyri-adi toy mərasimi təşkil olunub. BAKU.WS-in PostNews.Az-a istinadən məlumatına görə, cinsi kişi olan "gəlin” yeniyetmə oğlanla "ailə qurub”. "Gəlin...