Hitlerlə bağlı şok iddia: hava limanından qaçıb

Hitlerlə bağlı şok iddia: hava limanından qaçıb
Şou-biznes 1654
 

Nasizm ideyasının yaradıcılarından olan, Alman Nasional Sosialist Fəhlə Partiyasının (NSDAP) sədri Adolf Hitlerlə bağlı yeni iddia ortaya atılıb.

BAKU.WS-in məlumatına görə, Almaniyanın II Dünya Müharibəsində məğlub olduğunu anladıqdan sonra Hitlerin özünü öldürdüyü deyilirdi. 30 Aprel 1945-ci ildə Berlindəki sığınacaqda intihar etdiyi güman edilən Hitlerin qaçmış ola biləcəyi də istisna olunmur. 

ABŞ-da bir araşdırmaçı Hitlerin mühasirə altındakı Berlindən qaçmış ola biləcəyinə dair yeni dəlillər tapıb. Dekabr ayında "History" kanalında "Hitlerin qaçışı - Gerçək, yoxsa əfsanə?" adıyla səkkiz bölümlük film yayımlanacaq. Sabiq Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agenti olan Robert Baer tərəfindən qələmə alınmış sənədli film 2014-ci ildə açılan MKİ sənədlərinə əsasən yazılıb. ABŞ agentləri müharibədən sonra da Hitlerin axtarışını davam etdirib və Argentina, Braziliya kimi ölkələrdə iz axtarıblar. 

Sənədli film üçün Berlinin "Tempelhof Aerodrom"u yaxınlarındakı bir metro xəttinə yollanan çəkiliş qrupu bir tunel aşkarlayıb. Tunelin 1945-ci ildə hava limanı ilə Hitlerin qaldığı sığınacağı birləşdirdiyi iddia edilir. 

Hitlerin müharibə zamanı ölmədiyini iddia edən yeni sənədli film yaxın günlərdə "History" kanalında yayımlanacaq.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

İŞİD-lə bağlı şok iddia: terrorçular ailələrini götürüb qaçır

İŞİD-lə bağlı şok iddia: terrorçular ailələrini götürüb qaçır

İŞİD terror təşkilatı Suriyanın Rakka şəhərinə həyata keçirilən hava hücumlarından sonra ailələrini başqa bölgəyə köçürməyə başlayıb. BAKU.WS-in məlumatına g...

2044 Hadisə 13:12 04 oktyabr 2015

Son xəbərlər