Hərbçimizin oğlu oldu, adını Mübariz qoydu - FOTO

Hərbçimizin oğlu oldu, adını Mübariz qoydu - FOTO
Foto
Şou-biznes 2457

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüb qazi olan, yenidən könüllü döyüşlərə qatılan Qusar rayon sakini Xəyal Məmmədovun üçüncü övladı dünyaya gəlib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəhrəman əsgərimiz dünyaya göz açan övladına Milli Qəhrəman Mübariz İbrahimovun adını verib. Onun da Mübariz kimi hərbçi olacağını deyib.

"Qorxun bizlərdən, yenə dünyaya Mübariz gəldi", - deyə körpənin atası Xəyal Məmmədov bildirib.

Məlumat üçün bildirək ki, Xəyal vətən uğrunda gedən aprel döyüşlərində qəhrəmanlıqlar göstərib. Hazırda da vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşür.

"Qarabağa gedən yol 12 iyul Tovuz döyüşləri ilə başladı", - deyən qəhrəman hərbçimiz buna görə də istəyib ki, Mübariz Tovuzda dünyaya gəlsin.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər